İranda ölümə məhkum olunan siyasi məhbuslar xalqı edamlara qarşı çıxmağa çağırıblar
İranda edama məhkum olunmuş altı siyasi məhbus qərarın ləğvinə qarşı çıxmaq üçün müraciət edib.
Məlumatı “ir.voanews.com” yazıb.
Məlumata görə, hakim İman Əfşari altı siyasi məhbus – Əkbər Daneşvarkar, Məhəmməd Taqvisandehi, Babək Əlipur, Puya Qubadi, Vaid Bəni Əmirian və Əbülhəsən Müntəzir barəsində ölüm hökmü çıxarıb. Onlar “dövlətə xəyanətdə” ittiham olunublar. Bildirilib ki, daha iki siyasi məhbus müxtəlif müddətə azadlıqdan məhrum edilib. Edam hökmü çıxarılan məhbuslar həbs olunduqları gündən hakimiyyətin onların hüquqlarını pozduğunu, işgəncəyə məruz qaldıqlarını bildiriblər. Məhkumlar qeyd ediblər ki, həbs edilən zaman onlarla qəddarcasına davranıblar: “İşgəncələr, qəddar davranış isə sənədləşdirilməyib”.
Məhbuslar müraciətdə “İranın məzlum xalqından” bütün siyasi və qeyri-siyasi məhbuslar barəsində çıxarılan edam hökmlərinə qarşı çıxmağı istəyiblər.
Müraciətə Tehrandakı Evin adlı həbsxanadan 40-dan çox siyasi məhbus da qoşulub.
(055) 436-46-45