Sulutəpədə yağan yağış problemlərə səbəb oldu
Agah.az xəbər verir ki, Sulutəpə qəsəbəsində səhər saatlarından başlayan güclü yağış küçələri keçilməz hala salıb. Sakinlər yaranmış vəziyyətlə bağlı narazılıqlarını bildiriblər.
Məlumata görə, qəsəbədə yerləşən 10 nömrəli məktəbin qarşısındakı kanalizasiya borusu partlayıb. Bu, yalnız məktəbə gedən yolu bağlamaqla kifayətlənməyib, həm də ətraf həyətlərin su basmasına səbəb olub. Valideynlər uşaqlarını məktəbdən götürməkdə çətinlik çəkir, sakinlər isə evlərinə dolan çirkab suları qarşılamaq üçün qapılarının altına müxtəlif əşyalar düzmək məcburiyyətində qalıblar.
Sakinlərin sözlərinə görə, hazırkı vəziyyət gündəlik həyatı tamamilə iflic edib.
Qeyd edək ki, problemə müdaxilə ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanıb və məsələnin həlli gözlənilir.
Açar sözlər: Sulutəpə qəsəbəsi, yağış suları, kanalizasiya problemi, məktəblərin vəziyyəti, su basqınları.
(055) 436-46-45