Cənubi Koreyada hərbi vəziyyət elan edilib
Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hərbi vəziyyət Şimali Koreyanın dövlətdaxili işlərə müdaxiləsinin qarşısını almaq və konstitusiya hüququnu bərpa etmək üçün tətbiq olunub.
Həmçinin bildirilib ki, respublikanın Müdafiə Nazirliyi əsas komandirlərin müşavirəsini keçirməyi tapşırıb və sayıqlığın artırılmasına çağırıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45