Mingəçevirdə 46 yaşlı qadını avtomobil vuraraq öldürüb

Mingəçevirdə 46 yaşlı qadını avtomobil vurub.
Rauf Şamilov idarə etdiyi “DAF” markalı yük avtomobillə 1978-ci il təvəllüdlü İradə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı şəhər polis şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.