Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb

Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən 14 ailə Cəbrayıla köçürülüb
Dostuna göndər xəbərdən agah olsun:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

Cəbrayıl Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 14 ailə 54 sakin olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.

Bununla yanaşı, Bakı şəhərindən 10 ailə – 34 nəfər, Şəmkir rayonundan 3 ailə – 10 nəfər, Abşeron rayonundan 2 ailə – 7 nəfər, Sumqayıt şəhərindən 4 ailə – 19 nəfər, Sabirabad rayonundan 1 ailə – 5 nəfər Cəbrayıl şəhərinə yola salınıb.

Həmçinin qeyd olunub ki, bu günədək respublikamızın müxtəlf bölgələrində məskunlaşmış cəmi 237 ailə – 912 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45