XİN-də yeni təyinat: Samir Becanov rəis oldu

XİN-də yeni təyinat: Samir Becanov rəis oldu
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik İdarəsinə yeni rəis təyin edilib. Bu vəzifəyə Samir Becanov gətirilib.

Samir Becanov COP29 tədbirində baş danışıqçının müavini kimi fəaliyyət göstərib. O, parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı ilə də diqqət çəkib.

Qeyd edək ki, idarənin əvvəlki rəhbəri Yalçın Rəfiyev ötən ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə xarici işlər nazirinin müavini vəzifəsinə təyinat almışdı.

Açar sözlər: Xarici İşlər Nazirliyi, Samir Becanov, XİN yeni təyinat, Beynəlxalq Təhlükəsizlik İdarəsi, Yalçın Rəfiyev, xarici siyasət xəbərləri.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45