Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub

Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub
Dostuna göndər xəbərdən agah olsun:

Mahaçqala məhkəməsi terror şəbəkəsi yaratmaqda və partlayıcı maddələr hazırlamaqda şübhəli bilinən Dağıstanın beş sakinini həbs edib.

Agah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsindən bildirilib.

“Mahaçqalanın Sovet rayon məhkəməsi respublikanın beş sakini barəsində həbs qətimkan tədbiri seçib”, – məlumatda qeyd olunub.

Ali Məhkəmənin məlumatına görə, terror cəmiyyəti yaratmaq və partlayıcı maddələr hazırlamaq da daxil olmaqla bir sıra maddələr üzrə cinayət işləri açılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45