Nazirlər kabinetinə bu səlahiyyətlər verildi
Agah.az xəbər verir ki, Azərbaycana humanitar yardım kimi idxal edilən malların vergidən azad olunması qaydalarında dəyişiklik edilib. Belə ki, humanitar yardım yalnız Nazirlər Kabinetinin razılığı ilə vergidən azad edilə bilər.
Bu dəyişiklik Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı imzaladığı fərmanda əks olunub.
Əvvəllər humanitar yardımlarla bağlı malların siyahısı Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə müəyyən edilirdi. Yeni qaydalara əsasən, bu proses artıq yalnız Nazirlər Kabineti tərəfindən tənzimlənəcək.
Qeyd edək ki, Azərbaycana gətirilən humanitar yardımlar əlavə dəyər vergisindən (18%) azad edilir.
Açar sözlər: Azərbaycanda humanitar yardım, Vergi Məcəlləsinə dəyişiklik, əlavə dəyər vergisindən azadolma, humanitar yardım qaydaları, Nazirlər Kabineti humanitar yardım
(055) 436-46-45