Suraxanıda 18 yaşlı gənci avtomobil vurub
Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Toğrul Taleh oğlu Rzayevi vurub.
Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45