Rusiyada qızla görüşə gedən məktəbli güllələndi
Agah.az xəbər verir ki, Sankt-Peterburqda Yablonovski bağında məktəblilər arasında yaşanan insident şok doğurub. Polis hadisə ilə bağlı iki nəfəri saxlayıb.
Məlumata görə, 16 yaşlı məktəbli internet vasitəsilə tanış olduğu qızla görüşə gedərkən bir qrup məktəbli ilə üzləşib. Onlar özlərini qızın qardaşları kimi təqdim edərək gənci diz çökdürüb və kameralar qarşısında üzr istəməyə məcbur ediblər. Daha sonra pnevmatik tapança ilə onun ayaq və omba nahiyəsinə 27 dəfə atəş açıblar.
Hadisə ilə bağlı quldurluq və xuliqanlıq maddələri əsasında cinayət işi açılıb. Hazırda araşdırmalar davam edir.
Açar sözlər: Sankt-Peterburq hadisəsi, məktəblilər arasında zorakılıq, pnevmatik tapança, internet tanışlığı, cinayət işi.
(055) 436-46-45