Sumqayıtda ailə münaqişəsi faciə ilə nəticələndi: ər arvadını bıçaqladı
Agah.az xəbər verir ki, Sumqayıt şəhərində baş verən ailə münaqişəsi qanlı hadisə ilə nəticələnib.
Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Vüqar Məmmədli həyat yoldaşı, 2002-ci il təvəllüdlü Zəkiyyə Məmmədliyə bıçaqla xəsarət yetirib.
Xəsarət alan qadın dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti və hadisənin digər təfərrüatları ilə bağlı araşdırmalar davam edir.
Açar sözlər: Sumqayıt bıçaqlanma hadisəsi, ailə münaqişəsi, cinayət xəbərləri, Vüqar Məmmədli, Zəkiyyə Məmmədli.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45