İpoteka və Kredit Zəmanət Fondu daha 1 sığortaçı seçir

İpoteka və Kredit Zəmanət Fondu daha 1 sığortaçı seçir
Dostuna göndər xəbərdən agah olsun:

İpoteka və Kredit Zəmanət Fondu əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından 3 illik icbari sığortalanması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 75,46 manatdır.

İddiaçılar təkliflərini dekabrın 26-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 26-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Tenderin ehtimal olunan qiyməti 37,728 min manat olması gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Fond əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan etmişdi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45