Masallıda qətl: 40 yaşlı kişi bıçaqlanaraq öldürüldü, şübhəli şəxs saxlanıldı

Masallıda qətl: 40 yaşlı kişi bıçaqlanaraq öldürüldü, şübhəli şəxs saxlanıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, noyabrın 26-da Masallı şəhərində dəhşətli qətl hadisəsi baş verib. Gecə saatlarında 1984-cü il təvəllüdlü Siruz Mehdiyev yaşadığı evdə ölü tapılıb.

Masallı Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, 2000-ci il təvəllüdlü İsrafil Cavadov aralarındakı mübahisə zamanı Siruz Mehdiyevə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi başlanıb. İsrafil Cavadov artıq polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Açar sözlər: Masallıda qətl, Siruz Mehdiyev qətli, İsrafil Cavadov saxlanıldı, qəsdən adam öldürmə, Masallı cinayət işi.

Dostuna göndər xəbərdən agah olsun: