Litvada yük təyyarəsi yaşayış binasına düşdü
Agah.az xəbər verir ki, Litvanın paytaxtı Vilnüsdə DHL aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayaraq ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. Bu barədə Litvanın Yanğın Təhlükəsizliyi və Xilasetmə Departamentinin Vəziyyətin əlaqələndirilməsi şöbəsi məlumat yayıb.
Təyyarədə dörd nəfər, o cümlədən iki pilot və iki işçi olub. Xilasedicilər qəza nəticəsində pilotlardan birini sağ çıxarmağı bacarıblar.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.
Açar sözlər: Litva, Vilnüs, DHL, təyyarə qəzası, yaşayış binası, xilasedicilər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45