Xəzərdə suiti hücumu ilə bağlı AÇIQLAMA: “Özlərini qorumaq üçün aqressiv olurlar”

Dostuna göndər xəbərdən agah olsun:

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutu Azərbaycanda, Xəzər dənizində suitinin üzən adamlara hücum barədə yayılan görüntülərə münasibət bildirib.

İnstitutun biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov AGAH.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizində məməlilər sinfinə aid olan tək suitidir:

“Onlar, əsasən, yay ayında Abşeron yarımadası sularında dolanırlar. Yay fəslindən sonra şimala doğru yol alırlar. Suitilər məməli və yırtıcı olduqları üçün kilkə ilə qidalanırlar”.

“Suitilər özlərini qorumaq üçün insanlara qarşı aqressiv olurlar. Üç ildir ki, Xəzər dənizində suitilərin hansı ərazilərdə olması barədə monitorinqlər aparırıq. Qeyd edək ki, son 10-20 ildə suitilərin sayı azalıb”, – deyə o qeyd edib.

S.Süleymanov əlavə edib ki, suitilərdə quduzluq xəstəliyinə rast gəlinmir.

Azərbaycanda, Xəzər dənizində suiti üzən adamlara hücum edib.

Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Üzərinə hücum çəkilən şəxs suitini əli ilə vurub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)