Türkiyə klubunun baş məşqçisi öldürülüb
Türkiyə III liqasında çıxış edən “Çorluspor 1947” klubunun baş məşqçisi Ersin Aka öldürülüb.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Silahlı hücuma məruz qalan mütəxəssis xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 46 yaşında vəfat edən E.Aka ölkəsində “Karşıyaka” və “Rizəspor” kimi klublarda da işləyib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45