Türkiyədə dəhşətli qəza – 6 ölü, 43 yaralı – FOTO

Türkiyədə ağır yol qəzası olub.
Agah.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 43 nəfər yaralanıb.
Məlumata görə, qəza Dənizlidə qeydə alınıb.
Qəza zamanı qumla dolu yük maşını (TIR) idarəetməni itirərək qarşı zolağa çıxıb.
Avtobusla toqquşan yük avtomobili aşıb.