Bakıda lüks avtomobil qəzaya düşdü, yollarda sıxlıq yarandı

Dostuna göndər xəbərdən agah olsun:

Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

“Ford Fusion” və “Gelandewagen” markalı avtomobillər toqquşublar.

Agah.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, bu səbəbdən də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var.

Yol polisi əməkdaşları hadisə yerinə cəlb olunublar. Sıxlığın aradan qaldırılması üçün işlər görülür.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)