İranda məhbuslar 43 həftədir edamlara etiraz olaraq aclıq aksiyası keçirir
Agah.az xəbər verir ki, İranda siyasi məhbuslar edamların artmasına qarşı etiraz olaraq genişmiqyaslı aclıq aksiyasını davam etdirirlər. “Çərşənbə axşamları edama yox!” kampaniyasının üzvü olan məhbuslar artıq 43 həftədir bu aksiyanı həyata keçirirlər.
Məlumata görə, aksiyalar İranın 25 fərqli həbsxanasında, o cümlədən Güney Azərbaycan şəhərlərində – Urmu, Xoy, Sulduz (Nəqədə), Ərdəbil, Salmas və Təbriz həbsxanalarında da davam edir.
Məhbuslar aclıq aksiyası vasitəsilə beynəlxalq ictimaiyyətin və insan haqları təşkilatlarının diqqətini İranda artan edam cəzalarına yönəltmək məqsədi güdür.
Açar sözlər:
İran siyasi məhbusları, edama etiraz, aclıq aksiyası, Güney Azərbaycan həbsxanaları, insan haqları müdafiəsi, Çərşənbə axşamları edama yox, edam cəzaları.
(055) 436-46-45