Bakıda 3, 4 və 5 mərtəbəli binaların sökülməsinə start veriləcək
Agah.az xəbər verir ki, Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə yerləşən 3, 4 və 5 mərtəbəli fərdi yaşayış evlərinin mərhələli şəkildə sökülməsi planlaşdırılır. Söküntü işlərinin məqsədi bu ərazilərdə meşə tipli parklar və yaşıllıq zonaları yaratmaqdır.
Hazırda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər dövlət qurumlarına göndərilib. Söküləcək binalarda yaşayan sakinlərə mənzillərin sahəsinə uyğun olaraq kompensasiya ödənilməsi nəzərdə tutulur.
Başlanacaq ərazilər:
- Xətai rayonu, Yusif Səfərov küçəsi
- Bakı Şəhər Baş Polis İdarəsinin yanında yerləşən ev və obyektlər sökülərək, Sevirəm parkının davamı olan yeni park inşa ediləcək. Sakinlərə kvadrat metr üçün 2-3 min manat arasında kompensasiya təklif edilir.
- Yasamal rayonu, Təzəpir ətrafı
- Təzəpir məscidinin ətrafında, Nizami və Lev Tolstoy küçələrində yerləşən fərdi evlər söküləcək. Sakinlərə minimum 2 min manat/kv.m kompensasiya ödəniləcək. Dəqiq məbləğ Maliyyə Nazirliyi tərəfindən müəyyən ediləcək.
- Nəsimi rayonu, Kubinka ərazisi
- Bu ərazidə bütün sakinlərlə razılıq əldə olunub. Sökülən evlərin sakinlərinə kompensasiya və ya çoxmərtəbəli binalardan mənzil təklif olunacaq.
Vaxt cədvəli:
Söküntü işlərinə Bakıda keçiriləcək COP29 tədbirindən sonra, dekabr ayının sonlarında və ya gələn ilin yanvar ayında başlanması nəzərdə tutulur.
Açar sözlər: Bakıda söküntü işləri, fərdi evlərin sökülməsi, Xətai rayonu, Yasamal rayonu, Nəsimi rayonu, kompensasiya, yeni parklar.
(055) 436-46-45