Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyev hakim təyin edildi

Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyev hakim təyin edildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Ədliyyə mayoru, Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim təyin olunub.

1990-cı ildə Bakı şəhərində anadan olan C.Nəbiyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib. O, Müdafiə Nazirliyində təhqiqatçı və hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifələrində çalışıb.

44 günlük Vətən müharibəsinin iştirakçısı olan C.Nəbiyev, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Eyni zamanda, Müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli medallarla təltif olunub.

Açar sözlər: Cavanşir Nəbiyev hakim, Vətən müharibəsi iştirakçısı, Lənkəran Ağır Cinayətlər Məhkəməsi, dövlət mükafatları.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45