Türkiyədə cinayətkar dəstələrə qarşı əməliyyat keçirilib, 130 şübhəli saxlanılıb
Türkiyənin doqquz vilayətində beş müxtəlif cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
Bildirilib ki, “Kuyu-40” əməliyyatı nəticəsində 130 nəfər saxlanılıb, onlardan 99-u həbs olunub.
Əməliyyatlar nəticəsində həmçinin 40 sənədsiz tapança, 23 sənədsiz ov tüfəngi, çoxlu sənəd aşkarlanıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45