Türk Dövlətləri Təşkilatı ortaq himn hazırlayacaq
Agah.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri üçün ortaq himn hazırlanması planlaşdırılır.
Layihənin rəhbərlərindən biri, professor Erhan Özdenin açıqlamasına görə, himnin bəstəkarı üzv ölkələrin ümumi razılığı ilə seçiləcək və mahnının sözləri bütün üzv ölkələrin xalqları tərəfindən asanlıqla başa düşüləcək şəkildə yazılacaq. Himndə türk xalqlarının mədəni xüsusiyyətləri xüsusi musiqi və sözlərlə əks etdiriləcək.
Bununla yanaşı, yaxın illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gündəmdədir. Qeyd edək ki, daha əvvəl CSA (TDT) ölkələri üçün ortaq əlifba hazırlanmışdı.
Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan üzv, Macarıstan, Şimali Kipr və Türkmənistan isə müşahidəçi qismində təmsil olunur.
Açar sözlər: türk dövlətləri himni, ortaq marş, türk xalqları layihələri, Türk Dövlətləri Təşkilatı yenilikləri, türk xalqları ortaq lüğət.
(055) 436-46-45