Bu ilin 9 ayında yol qəzalarında 500-dən çox insan həyatını itirib
Agah.az məlumat verir ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə 1031 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14.4 faiz azdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu hadisələr nəticəsində 1434 nəfər zərər çəkib. Onlardan 520 nəfər həyatını itirib, 914 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəzaların təhlili göstərir ki, hadisələrin 41 faizi gündüz, 40.6 faizi gecə, 18.4 faizi isə toran vaxtı baş verib. Ən çox yol-nəqliyyat hadisəsi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Hadisələrin 86.5 faizi yaşayış məntəqələrində qeydə alınıb. Yaşayış məntəqələrində baş verən qəzalar nəticəsində həlak olanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16.1 faiz azalaraq 381 nəfər olub. Yaralananların sayı isə 13.3 faiz azalaraq 851 nəfərə çatıb.
Açar sözlər: yol qəzası statistikası, Azərbaycanda qəzalar, 2024-cü il yol qəzaları, qəzada ölənlər və yaralananlar.
(055) 436-46-45