Azərbaycanda polis ehtiyatsızlıq nəticəsində həyatını itirdi
Agah.az xəbər verir ki, Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində faciə baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə nəticəsində polis serjantı Vüsal Məmmədov ağır xəsarət alıb.
Təcili tibbi müdaxilələrə baxmayaraq, serjant Vüsal Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Tərtər polis faciəsi, xidməti silahla ehtiyatsızlıq, polis serjantı Vüsal Məmmədovun ölümü, Daxili İşlər Nazirliyi xəbərləri.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45