“Kartdan-karta” üsulu ilə işləyən daha 170 sahibkar cərimələnib

“Kartdan-karta” üsulu ilə işləyən daha 170 sahibkar cərimələnib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan 170-dən çox vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, POS-terminallardan kənar, “kartdan-karta” köçürmə üsulu ilə nağdsız ödənişlərin aparılması hallarının qarşısını almaq məqsədilə nəzarət tədbirləri davam edir. Bu tədbirlər çərçivəsində son günlərdə keçirilmiş yoxlamalar zamanı 170 obyektin qanun pozuntularına yol verdiyi aşkar olunub. Müvafiq protokollar tərtib edilərək maliyyə cərimələri tətbiq edilib.

Qanunvericiliyə əsasən, nağdsız ödənişlər yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və müştərilərə POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Vergi ödəyiciləri cərimələrdən yayınmaq üçün qanunauyğun olaraq POS-terminalların istifadəsini təmin etməlidirlər.

Xatırladaq ki, noyabrın 7-də də Bakıda “kartdan-karta” köçürmə üsulu ilə işləyən daha 150 sahibkar cəzalandırılmışdı.

Açar sözlər: Bakı POS-terminal yoxlaması, vergi cəriməsi, iaşə və ticarət obyekti qanun pozuntusu, kartdan-karta ödəniş, Dövlət Vergi Xidməti yoxlamaları.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45