Dələduzluqda təqsirləndirilən vəzifəli şəxs yenidən məhkəməyə çıxarılıb

Dələduzluqda təqsirləndirilən vəzifəli şəxs yenidən məhkəməyə çıxarılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, dələduzluq, saxtakarlıq və rəsmi sənədləri saxtalaşdırma ilə əlaqədar təqsirləndirilən Sevinc Atayeva, Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarovun Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına qarşı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq. Məlumata görə, iclas noyabrın 14-də hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçiriləcək.

Cinayət işində Xəzər rayonu Şağan bələdiyyəsi və Aydın Əliyev zərərçəkmiş qismində tanınır. İttihama görə, Sevinc Atayeva və digər təqsirləndirilənlər sənəd saxtalaşdırma və külli miqdarda dələduzluqda ittiham olunurlar. Şağan qəsəbəsində orta məktəbdə direktor müavini vəzifəsini də icra edən Atayeva 1 il dövlət orqanlarında vəzifə tutma səlahiyyətindən məhrum edilərək 2 min manat cərimə olunub. Digər təqsirləndirilənlərə də müxtəlif məbləğlərdə cərimə cəzası təyin edilib.

Açar sözlər: Bakı Apellyasiya Məhkəməsi, dələduzluq və sənəd saxtakarlığı, Sevinc Atayeva məhkəmə işi, Xəzər rayonu Şağan bələdiyyəsi

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45