Kəlbəcərin daxili yollarında tikinti işləri davam edir
Agah.az məlumat verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Kəlbəcər şəhərinin daxili yollarının tikintisini sürətləndirib.
Məlumata görə, şəhərin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il mayın 27-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Şəhər yollarının tikintisi 4 müxtəlif tip en kəsiyinə uyğun planlaşdırılıb və hərəkət zolaqlarının sayı 2-4, eni isə 3-3.5 metr arasında dəyişir. Bundan əlavə, yolların yaşıllıq, velosiped, piyada və tramvay zolaqları da nəzərdə tutulub. Ümumi uzunluğu 26.5 km olan daxili yolların birinci mərhələsində 18.9 km hissəsinin tikintisi davam edir, 6 km-lik yol yatağının inşası isə artıq tamamlanıb. Kommunikasiya xətlərinin (su, kanalizasiya, qaz, elektrik və rabitə) çəkilməsi üzrə işlər də yekunlaşmaqdadır. “Böyük Qayıdış” proqramı çərçivəsində tikinti işlərinin 2026-cı ildə başa çatması gözlənilir.
Açar sözlər: Kəlbəcər yollarının tikintisi, Böyük Qayıdış proqramı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, daxili yollar
(055) 436-46-45