Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol meydançasında vəfat edib
Agah.az məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən qəflətən dünyasını dəyişib. Səhhəti anidən pisləşən hakimin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə gələn tibbi yardım qrupunun səylərinə baxmayaraq, o, ürəktutmasından vəfat edib.
Siyavuş Hacıyev 1961-ci ildə anadan olub və uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. 2018-ci ildən etibarən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi kimi fəaliyyət göstərirdi.
Açar sözlər: Bakı Ağır Cinayətlər Məhkəməsi, Siyavuş Hacıyev vəfat etdi, hakim ürəktutması, hüquq-mühafizə orqanları
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45