Rusiyalı hokkeyçi 20 aylıq diskvalifikasiya edilib

Rusiyalı hokkeyçi 20 aylıq diskvalifikasiya edilib
Dostuna göndər xəbərdən agah olsun:

Rusiyalı hokkeyçi Maksim Makarov antidopinq qaydalarının pozulmasına görə 20 aylıq diskvalifikasiya edilib.

 

Agah. Az TASS-a istinadən xəbər verir ki, analizlər 30 yaşlı hokkeyçinin dopinqdən istifadə etdiyini göstərib.

 

Diskvalifikasiya barədə qərar 2023-cü il dekabrın 21-dən qüvvəyə minib. Cəza müddəti 2025-ci il avqustun 21-də başa çatacaq.

 

Qeyd edək ki, Sankt-Peterburq hokkey məktəbinin yetirməsi olan M.Makarov 2020-ci ildən Fransanın ikinci divizionunda çıxış edən “Marsel”in formasını geyinir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45