Bakı-Sumqayıt qatarında yubanmanın səbəbi məlum olub

Bakı-Sumqayıt qatarında yubanmanın səbəbi məlum olub
Dostuna göndər xəbərdən agah olsun:

Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı 50 dəqiqədən çox yubanmadan sonra mənzil başına yola düşüb.

Bu barədə  sərnişinlər məlumat veriblər. Onların bildirdiyinə görə, 17:25-də Bakıdan yola çıxan qatar Xırdalan stansiyasında təxminən 50 dəqiqə dayanıb. Sərnişinlər gecikmənin səbəbi kimi elektrik təchizatında yaranan nasazlığı göstəriblər. Lakın ehtiyat qatarın ayrılması hesabına bu problem aradan qaldırılıb.

Belə problemlərlə gələcəkdə üzləşməmək üçün hazırda dəmir yolu infrastrukturu yenilənir. Onu da qeyd etmək lazımdır ki, diqər ölkələrdə də dəmir yolunda gecikmələr adi hala çevrilib.

Bakı-Sumqayıt qatarının daimi sərnişinlərinin sözlərinə görə, payız-qış mövsümündə bu marşrut üzrə hərəkət edən qatarlarda belə yubanmalar baş verir və bu, ilk dəfə müşahidə olunan hal deyil.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45