Prezidentin köməkçisi: “Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər”

Dostuna göndər xəbərdən agah olsun:

“Ağdam-Xankəndi yolu ilə istənilən yük qısa müddətdə çatdırıla bilər”.

AGAH.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyəti var və daha səmərəli yoldur:

“Bu yolun düzənlik ərazidən keçərək Azərbaycanın əsas hissəsi ilə Xankəndi şəhərini və Qarabağın digər bölgələrini əsaslı şəkildə əlaqələndirmək imkanları var. Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, Ağdam-Xankəndi yolu fəaliyyətdədir. Ağdam-Xankəndi yolu vasitəsilə istənilən yükün çox qısa müddət ərzində Xankəndinə və ətraf ərazilərə çatdırılması təmin oluna bilər”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45