KİV: Qəzzadakı döyüşlərdə 188 jurnalist həlak olub

KİV: Qəzzadakı döyüşlərdə 188 jurnalist həlak olub
Dostuna göndər xəbərdən agah olsun:

Qəzza sektorunda davam edən döyüşlər zamanı azı 188 jurnalist həyatını itirib.

Bu barədə Liviyanın “Al Mayadeen” televiziyası məlumat yayıb.

Fələstin hökumətinin mətbuat xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabrında başlayaraq, Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra Qəzza sektorunda həlak olmuş jurnalistlərin sayı 188-ə çatıb.

Qətərin “Al Jazeera” telekanalı 3 noyabrda Qəzza sektorunda 182 jurnalistin həlak olduğunu bildirmişdi. Televiziya kanalı həmçinin, bir çox media işçisinin ailələri ilə birlikdə öldürüldüyünü qeyd edib.

Yaxın Şərqdə vəziyyət 2023-cü ilin 7 oktyabrında Fələstiinin radikal HƏMAS hərəkatının Qəzza sektorundan İsrailə keçərək sərhəd bölgələrindəki yaşayış məntəqələrindəki sakinləri öldürməsi və girov götürməsindən sonra kəskinləşib. İsrail buna cavab olaraq HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və bütün girovların azad olunması məqsədilə Qəzza bölgəsində əməliyyata başlayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45