DSX-nin hərbi qulluqçusu odlu silahdan açılan atəş nəticəsində həlak olub

DSX-nin hərbi qulluqçusu odlu silahdan açılan atəş nəticəsində həlak olub
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həbib İlham oğlu Orucov odlu silahdan açılmış atəş nəticəsində həyatını itirib. Hadisə ilə bağlı Qubadlı Hərbi Prokurorluğuna dərhal məlumat verilib. Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsi əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və istintaqa əhəmiyyətli dəlillər toplanıb.

Məsələ üzrə Qubadlı Hərbi Prokurorluğunda cinayət işi açılıb, şahidlərin ifadələri alınıb və müxtəlif ekspertizalar təyin edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir və qanunvericilik çərçivəsində zəruri addımlar atılır. Allah rəhmət eləsin.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45