Azərbaycanda sosial xidmətin inkişafına dair dövlət proqramı çərçivəsində görüləcək işlər açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hansı işlərin görüləcəyini açıqlayıb.
Nazirlikdən “Report”un sorğusuna cavab olaraq, Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək aşağıdakı istiqamətlərdə işlər aparılacaq:
– hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı, rəqabətqabiliyyətli kadr potensialının formalaşması,
– sosial xidmət sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi,
– sosial xidmətlərin əhatəsinin genişlənməsi, ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi
– əhalinin göstərilən sosial xidmətlərdən məmnunluq səviyyəsinin artması,
– sosial xidmət layihələrinin miqyasının, sosial xidmətlər sahəsində dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşməsi və yeni e-xidmətlərin tətbiqi,
– dövlət sosial xidmət müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və həmin müəssisələrdə reabilitasiya şəraitinin müasir beynəlxalq təcrübəyə uyğun təşkili,
– əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi,
– sosial xidmət sahəsində yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və s.
(055) 436-46-45