Bakıda Zəfər Günü münasibətilə hərbi yürüşlər keçiriləcək

Bakıda Zəfər Günü münasibətilə hərbi yürüşlər keçiriləcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq Bakı şəhərində müxtəlif küçə və prospektlərdə hərbi qulluqçuların hərbi orkestr müşayiəti ilə yürüşləri təşkil ediləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirib ki, yürüşlər saat 10:00-dan 12:00-a qədər davam edəcək və beş marşrut üzrə həyata keçiriləcək. Marşrutlar Heydər Əliyev Sarayı, Şəhidlər Xiyabanı, Yasamal parkı, “Olimpik Star” İdman Mərkəzi və N.Nərimanov heykəli kimi əsas məntəqələrdən başlayacaq.

Qeyd olunub ki, yürüşlər 5 marşrut üzrə saat 10:00-dan 12:00-dək təşkil ediləcək:

– Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “Amay” Ticarət Mərkəzi;

– Şəhidlər Xiyabanı – “Alov qüllələri” kompleksi – “İçərişəhər” metro stansiyası – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;

– Yasamal parkı – Ə.Haqverdiyev küçəsi – H.Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı;

– “Olimpik Star” İdman və Əyləncə mərkəzi – S.Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – H.Əliyev sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti;

– N.Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – H.Əliyev sarayı – Mərkəzi Bank – “28 Mall” Ticarət Mərkəzi;

Yürüş boyunca bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində qismən fasilələr yaranacaq. Bakı Şəhər Dövlət Yol Polisi əməkdaşları marşrut boyunca tənzimləmə işləri aparacaq.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45