Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə hakimlik fəaliyyətini yekunlaşdırıb

AGAH.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, xanım hakim yaşla bağlı təqaüdə göndərilib.

İ.Həsənzadə ötən gün sonuncu dəfə iclasa qatılaraq hökm oxuyub. Belə ki, hakimin hökmünə əsasən, külli miqdarda dələduzluqda ittiham edilən A.Novruzova 5 il 6 ay müddətinə şərti cəza (elektron qolbaq taxılmaqla azadlığın məhdudlaşdırılması) verilib.

İradə Həsənzadə 7 il Xətai Rayon Məhkəməsinin sədri olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

Paylaş, agah et!