Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək
Dostuna göndər xəbərdən agah olsun:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə BBAK  xəbər verir.

Məlumata görə, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 7-14 noyabrda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45