Bakıda kartdan-karta ödəniş aparan 120 iaşə və ticarət obyektinə cəza tətbiq edildi

Bakıda kartdan-karta ödəniş aparan 120 iaşə və ticarət obyektinə cəza tətbiq edildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti göstərən 120-dən çox vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Məlumata görə, nəzarət tədbirləri zamanı POS-terminal əvəzinə kartdan-karta köçürmələr ilə ödənişlərin həyata keçirilməsi faktları aşkarlanıb. Bu cür qanun pozuntuları protokollaşdırılaraq müvafiq cəza tədbirləri görülüb. Vergi qanunvericiliyinə əsasən, POS-terminal vasitəsilə ödənişlərin qəbulu və istehlakçılara kassa qəbzinin təqdim edilməsi məcburidir. DVX sahibkarları qanun pozuntusundan çəkinməyə və nağdsız ödəmələr üçün yalnız POS-terminallar vasitəsilə ödəniş qəbul etməyə çağırır.

Qeyd edək ki, bundan əvvəl 160 sahibkar da qanunsuz ödəniş üsulu səbəbindən cəzalandırılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45