Xəzər rayonunda 6 evdən oğurluq edən şəxs saxlanıldı

Agah.az xəbər verir ki, Xəzər rayonu ərazisində 6 evdən ümumilikdə 4300 manat nağd pul, 11,000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A. İsgəndərov saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.