Evernote nədir?
2000-ci ildən fəaliyyət göstərən ən məşhur qeyd alma sistemidir. İnterfeys burada da «Outline» metoduna bənzəyir.
Üstün özəllikləri: çox olmasa da fontlar və stillər burada da var. Cədvəl əlavə etmək olur, amma istifadəsi rahat deyil. WebClip əlavəsi var (Onenote-da olduğu kimi), istənilən sayda və arzuolunan adda etiketləmək (tag) mümkündür, bu da sizə ikinci boyut kateqorizasiya etmə imkanı verir (deyək ki, xəstələri xəstəliklərinə görə neyro, kardiak, renal kitablıqlara/notebooklara ayırmısınız, hər bir xəstəni isə əlavə olaraq #uşaq #qadın #maraqlı #qohum və s. sözləri etiketləyirsiniz. Bu etiketləri sonradan bir qrup halında bir araya gətirmək olur), qeydlərə xatırlatma əlavə etmək olur (deyək ki, xəstə 3 ay sonra kontrola gəlməlidir, xatırlatsın), alış-veriş üçün siyahı düzəltmək mümkündür, telefonda proqrama şifrə (hətta «iris/fingerprint/face scan») qoymaq mümkündür.
Əksiklikləri: Çizim əlavə etmək olmur.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45