Aİ nümayəndə heyəti Ermənistana səfər edib

Aİ nümayəndə heyəti Ermənistana səfər edib
Dostuna göndər xəbərdən agah olsun:

Avropa İttifaqının nümayəndə heyəti Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlar proqramını hazırlamaq üçün İrəvana səfər edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib.

“Avropa İttifaqının nümayəndə heyəti müvafiq danışıqlar proqramını hazırlamaq üçün İrəvandadır”, – o bildirib.

P.Hovhannisyan qeyd edib ki, Ermənistan-Avropa İttifaqının yeni tərəfdaşlıq gündəliyi layihəsi üzərində işlər tamamlanmaq üzrədir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45