Naxçıvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Naxçıvan şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Hadisə otən gecə şəhərin Babək məhəlləsində qeydə alınıb.
Məlumata görə, Əzimov Nurəddin Əli oğlunun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Həşimova Fatma Kazım qızını vurub.
Xəsarət alan F.Həşimova Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45