Almaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Almaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
Dostuna göndər xəbərdən agah olsun:

Almaniyanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb ötən gün Almaniya hökumətinin İranın üç konsulluğunun bağlanması barədə göstəriş verməsi olub.

“İran konsulluqlarının fəaliyyətinin dayandırılması ilə bağlı qərar əsassızdır”, – İran XİN-dən bildirilib.

Qeyd edilib ki, bu, İran vətəndaşlarını konsulluq xidmətlərindən məhrum edir.

Frankfurt-Mayn, Hamburq və Münxendəki İran konsulluqlarının əsas funksiyası Almaniyada yaşayan iranlılara zəruri konsulluq xidmətlərinin göstərilməsi və qəbul edən ölkədə onların maraqlarının müdafiəsidir.

Xatırladaq ki, Almaniya XİN İran əsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə cavab olaraq İranın ölkədə üç konsulluğunu bağlayacağını açıqlayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45