İlham Əliyev: Misli görünməmiş insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq Əlcəzair xalqı əzmini itirməyib

İlham Əliyev: Misli görünməmiş insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq Əlcəzair xalqı əzmini itirməyib
Dostuna göndər xəbərdən agah olsun:

1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olunmuş, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib.

Bu barədə Prezident İlham Əliyevin əlzəcairli həmkarı Abdelmacid Tebbuna ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda deyilir:

“Bir əsrdən artıq davam edən amansız müstəmləkəçilik siyasətinə, misli görünməmiş zorakılığa, insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq xalqınız heç bir zaman müstəqillik əzmini itirməmiş, böyük fədakarlığı, cəsarəti ilə, Vətən uğrunda canlarını fəda edən milyonlarla şəhidinin canı və qanı bahasına azadlığını əldə edib”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45