Dayə işlədiyi evdən 91 min manatlıq qızıl oğurlayan qadına və tanışına hökm oxunub
Oğurluqda təqsirləndirilən İlahə Əlipaşayeva və tanışı Baxşəli Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AGAH.AZ APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, İlahə Əlipaşayeva 6 il, tanışı Baxşəli Ağayev isə 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, İ.Əlipaşayeva Bakıda evlərdən birində dayə işləyib. Ailənin imkanlı olduğunu görən İ.Əlipaşayeva tanışı B.Ağayevlə cinayət əlaqəsinə girərək evdən 91 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45