Türkiyəli idmançı evinin eyvanından yıxılaraq faciəvi şəkildə ölüb

Türkiyəli idmançı evinin eyvanından yıxılaraq faciəvi şəkildə ölüb
Dostuna göndər xəbərdən agah olsun:

Türkiyəli atlet Selene Durna evinin eyvanından yıxılaraq faciəvi şəkildə vəfat edib.

Agah.az  qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı idmançı 6-cı mərtəbədən yerə çırpılıb.

Hüquq-mühafizə orqanları S.Durnanın intihar etdiyini düşünür. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən il “Beşiktaş” klubunda çıxış edən idmançı nizəatma üzrə Türkiyə çempionu olub. O, 2019-cu ildə Balkan çempionatının gümüş medalını qazanıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45