Komitə sədri: “Wikipedia” platformasından şəhidlərimizin adını silənlərlə ciddi mübarizə aparmalıyıq
“Wikipedia” platformasından şəhidlərimizin adını silənlərlə ciddi mübarizə aparmalıyıq.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, bu addımı beş nəfər adı, soyadı Azərbaycan vətəndaşı olan, amma qanı və DNK-sı erməniyə məxsus olan insan edib:
“Onlar platformanın Azərbaycan seqmentindəki bu addımla kifayətlənməyib, şəhidlərin adının Türkiyə “Wikipedia”sından da çıxarılması ilə bağlı müraciət ediblər. İndi isə Xocalı qurbanlarının da adının bu platformadan çıxarılmasını istəyirlər.
Qanunvericiliyə görə, şəhid Azərbaycanın ərazi bütövlüyü uğrunda canından olan şəxsdir. Bundan artıq ensiklopedik məlumat ola bilərmi?!”
Komitə sədri xatırladıb ki, Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı qanunlar qəbul edilib:
“Aidiyyəti orqanlar bununla məşğul olmalıdırlar. Öncədən addım atmaq lazımdır ki, başqa məlumatlarımızın ensiklopedik olmadığını bəhanə edərək silməsinlər”.
Parlamentin sədri Sahibə Qafarova isə bildirib ki, “Wikipedia” rəsmi, akademik ensiklopediya deyil. Bunu nəzərə almaq lazımdır”.
(055) 436-46-45