Şəmkirdə iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

Şəmkirdə iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb
Dostuna göndər xəbərdən agah olsun:

Şəmkir rayon Düyərli kəndində iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, hadisə baş vermiş evdə bu olaydan bir az əvvəl yanğın faktı da qeydə alınıb.

İlkin məlumata əsasən, yanğın olan evdə elektrik cərəyanı dövrədən açılıb. Daha sonra elektrik cərəyanı təkrar dövrəyə qoşulan zaman 2008-ci il təvəllüdlü Nəsibova Pərvin Habil qızı və 1993-cü il təvəllüdlü İsmayılov Hümbət İkram oğlunu ehtiyatsızlıqdan cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45