Uşaq qidalarının qalxma səbəbi nədir?

Dostuna göndər xəbərdən agah olsun:

Uşaq qidalarının qiyməti artmaqda davam edir.

,Əczaçılar deyirlər ki, sözügedən qidaların qiyməti artan templə davam edir və son bir-iki ay ərzində bu fərq özünü daha qabarıq göstərir.

Satış nöqtələrində qiyməti 100 manatdan çox olan uşaq qidaları var.

Valideynlər isə qiymətlər artsa da, uşaq qidalarını məcbur qalıb aldıqlarını bildirirlər. Çoxuşaqlı ailələrdə isə vəziyyət daha da çətinləşir.

İqtisadçı ekspert Altay İsmayılov hesab edir ki, qidaların bahalaşmasının iki səbəbi var.
Onun fikrincə, əgər daxili tələbatı ödəmək üçün keyfiyyətli qidalar istehsal olunarsa, bu kimi problemlər aradan qalxa bilər. Həmçinin valideynlər də zərurət olmadığı təqdirdə təbii qidalara üstünlük verməli, sonrakı yaş dövrlərində isə hazır uşaq qidalarının istifadəsini azaltmalıdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45